Ana Sayfa > Gündəm / Karusel > "Lotu Quli"nin qohumuna 9 il cəza verildi

"Lotu Quli"nin qohumuna 9 il cəza verildi


27-04-2017, 12:18. Yazar: admin
"Lotu Quli"nin qohumuna 9 il cəza verildi



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AİA.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror V.Hüseynovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə V.Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilərək həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

AİA.az
Geri dön