Ana Sayfa > Dünya > Türkiyədə deputat Mustafa Sarıgülə qarşı beş ittiham irəli sürüldü
Türkiyədə deputat Mustafa Sarıgülə qarşı beş ittiham irəli sürüldüBu gün, 22:40. Yazar: vasif |
![]() Türkiyə parlamentinin Ərzincandan millət vəkili Mustafa Sarıgül barəsində hazırlanmış toxunulmazlığının ləğvi ilə bağlı sənədin təfərrüatı məlum olub. Sənəddə dörd zərərçəkənə qarşı cinsi zorakılıq və uşaq istismarı iddiaları ilə yanaşı, cinayətkar təşkilat yaratmaq, çirkli pulların yuyulması və qanunsuz varlanma ittihamları da yer alıb. aia.az Oxu.Az-a istinadən xəbər verir ki, Ankara prokurorluğu tərəfindən hazırlanan və Ədliyyə Nazirliyinə göndərilən sənəddə Sarıgülün deputat toxunulmazlığının ləğvi tələb olunub. Sənədə əsasən, Sarıgülün 2021-2024-cü illərdə B.Ö.D.-yə qarşı hərəkətləri dövlət vəzifəsinin və xidməti münasibətlərin yaratdığı nüfuzdan sui-istifadə etməklə davamlı xarakter daşıyan ağırlaşdırıcı hallarda cinsi zorakılıq kimi qiymətləndirilib. Onun 2011-ci il və ondan əvvəl G.B.-yə, 2014-cü il və ondan əvvəl isə M.B.-yə qarşı hərəkətlərinin bələdiyyə sədri vəzifəsindən irəli gələn nüfuzdan sui-istifadə etməklə uşağa cinsi xarakterli hərəkətlərdə bulunmaq cinayətini təşkil etdiyi bildirilib. 2005-2006-cı illərdə C.D.-yə qarşı hərəkətlər də eyni ittiham çərçivəsində qiymətləndirilib. Sənəddə zərərçəkənlərin ifadələrinə də yer verilib. B.Ö.D. Sarıgülü 2014-cü ildən əvvəl Şişli bələdiyyəsinin sədri olduğu dövrdə təşkil edilən gənclər düşərgələrində tanıdığını, 2015-ci ildə onun komandasında işləməyə başladığını və evlənərkən nikah şahidinin Sarıgül olduğunu bildirib. O, 2021-ci ildən etibarən Sarıgülün çoxsaylı cinsi xarakterli müdaxilələrinə məruz qaldığını iddia edib. B.Ö.D.-nin sözlərinə görə, 2024-cü ildə mətbuatda yayılan görüntülərdən sonra vəkillər tərəfindən hazırlanmış, danışacağı təqdirdə 100 min avro cərimə ödəməsini nəzərdə tutan sənədi imzalayıb. O, uşağının gələcəyi naminə 150 min dollar ödənildiyini, İstanbul və Ankarada cinsi zorakılığa məruz qaldığını da iddia edib. Digər zərərçəkənlər M.B. və G.B. də liderlik düşərgələri və bələdiyyədəki görüşlər zamanı foto çəkdirərkən Sarıgülün onlara cinsi qısnama davranışlarında təqsirləndiriblər. Onlar həmin yaşlarda bu hərəkətlərin cinsi məqsəd daşıdığını dərk edə bilmədiklərini qeyd ediblər. Sənəddə Sarıgülün 1999-2004-cü illərdə Şişli bələdiyyəsinin sədri olduğu dövrdə və sonrakı illərdə əmlak əldə etməsi prosesində qanunsuzluqlara yol verdiyi iddia olunur. Əldə edilən daşınar və daşınmaz əmlakların yaxınlarının və iş yoldaşlarının adına rəsmiləşdirildiyi, daha sonra qohumluq və nikah münasibətlərindən istifadə edilməklə Altınbaş ailəsinin üzvlərinə və şirkətlərə ötürüldüyü bildirilir. Bundan başqa, Sarıgülün və bank filialının müdiri T.D.-nin iştirak etdiyi onlayn görüşdə dövlət səlahiyyətlərindən istifadə etməklə 1 milyard avroluq vəsaitin kredit mexanizmi vasitəsilə xaricə çıxarılmasının nəzərdə tutulduğu bildirilib. Geri dön |