Ana Sayfa > Dünya > Paşinyan şlyapada, ocaq başında görüntüləndi: GÖRÜN NƏYƏ HAZIRLAŞIR...

Paşinyan şlyapada, ocaq başında görüntüləndi: GÖRÜN NƏYƏ HAZIRLAŞIR...


Bu gün, 16:00. Yazar: vasif
Paşinyan şlyapada, ocaq başında görüntüləndi: GÖRÜN NƏYƏ HAZIRLAŞIR...


Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında diqqətçəkən video paylaşıb.

aia.az xəbər verir ki, ocaq qarşısında, başında şlyapa ilə kameraya baxan və gülümsəyən Paşinyan paylaşımına ürək emojiləri əlavə edərək bu sözləri yazıb:

"Yeni Konstitusiyanın dərc olunmasına və TRIPP-in rəsmi işə salınmasına hazırlaşırıq".

Qeyd edək ki, Ermənistan hökumətinin yeni Konstitusiya layihəsini noyabrın 23-də ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi irəli sürür.

Eyni zamanda, Paşinyan qeyd edib ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək 42 kilometrlik nəqliyyat, dəmir yolu və enerji dəhlizinin inşasını nəzərdə tutur.
Geri dön