Ana Sayfa > Ölkə > 49 yaşlı kişi dəm qazından boğulub öldü
49 yaşlı kişi dəm qazından boğulub öldüBu gün, 21:07. Yazar: vasif |
![]() Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib. aia.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |