Ana Sayfa > Gündəm / Manşet > Zakir Qaralovdan yeni təyinat

Zakir Qaralovdan yeni təyinat


27-04-2017, 12:55. Yazar: admin
Zakir Qaralovdan yeni təyinat



Prokurorluq orqanlarında yeni təyinat olub.

AİA.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.

AİA.az
Geri dön