Ana Sayfa > Karusel / Siyasət / Manşet > İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib
İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənibBu gün, 12:16. Yazar: vasif |
![]() Vyetnamın milli dəyərləri uğrunda müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib. aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə deyib. Dövlət başçısı bildirib: "Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı. Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir". Geri dön |