Ana Sayfa > Ölkə > Bakıya qarşı XAİN plan – Qarabağdan gedənlərə görün NƏ verilir

Bakıya qarşı XAİN plan – Qarabağdan gedənlərə görün NƏ verilir


Bu gün, 12:45. Yazar: vasif
Bakıya qarşı XAİN plan – Qarabağdan gedənlərə görün NƏ verilir


Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin müvəqqəti himayə statusunu bir il müddətinə uzadacaq. Bununla bağlı layihə hökumətin müzakirəsinə çıxarılıb. Respublikanı tərk edərkən “070” kodlu pasport və müvəqqəti “müdafiə şəhadətnaməsi” yalnız birlikdə təqdim edildikdə və istifadə olunduqda etibarlı sayılır.

Bu barədə "Bakı-Xəbər" yazıb. Xəbərə görə, “070” kodlu pasportun etibarlılıq müddəti başa çatdıqda, müvəqqəti “müdafiə şəhadətnaməsi” (qondarma qaçqınlıq) də dəyişdirilməlidir.

Layihədə diqqət çəkən bir neçə məqam var. İlk növbədə Ermənistanın rəsmi dövlət sənədində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” ifadəsinin işlədilməsi diqqət çəkir. Layihədə onların keçmiş Dağlıq Qarabağdakı “yaşayış yerlərindən zorla məhrum edildiyi” iddia olunur. Halbuki ermənilər əraziləri könüllü tərk ediblər.

İkinci diqqətçəkici məqam Qarabağdan köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun növbəti ilin dekabr ayına qədər uzadılmasıdır. Əslində, bu statusun hər il yenilənməsi həmin insanlarda müəyyən gözləntilər yarada bilər. Onlar bunu belə anlaya bilərlər ki, müdafiə statusunun bir il müddətinə uzadılması gələcəkdə Qarabağa qayıdış məsələsinin də gündəmdə saxlanılması deməkdir.

Əgər söhbət yalnız həmin insanların sosial müdafiəsindən, təhlükəsizliyindən və hüquqlarının qorunmasından gedirsə, niyə bu status hər dəfə birillik müddətə uzadılır, daha uzunmüddətli, məsələn, on, iyirmi və ya otuz illik müdafiə mexanizmi nəzərdə tutulmur?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistan hökumətinin Qarabağdan könüllü köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun cəmi bir il uzatması və Ermənistanın rəsmi dövlət sənədində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” və “yaşayış yerlərindən zorla məhrum edildiyi” ifadələri Azərbaycan tərəfində haqlı suallar yaradır: “Burada təkcə humanitar və sosial məsələlər deyil, Ermənistanın məsələyə yenə də siyasi yanaşması, gələcək nəsillərin bu məsələ ilə bağlı təsəvvürlərinin formalaşdırılması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində müəyyən siyasi məqamlar da var.

Burada diqqət yetirilməli olan əsas məqam Ermənistanın bu insanları hansı hüquqi və siyasi kateqoriyada təqdim etməsidir. Rəsmi sənədlərdə onların Qarabağdan zorla köçürüldüyünün vurğulanması sadəcə hüquqi terminologiya məsələsi deyil. Bu, eyni zamanda, 2023-cü ilin sentyabr hadisələrinin Ermənistan tərəfindən hansı siyasi və hüquqi çərçivədə təqdim edildiyini göstərir və məkrli niyyətlərdən xəbər verir. Ancaq Ermənistan hökuməti bilməlidir ki, onların hansısa qanun layihələrinə daxil etdikləri hər hansı ifadə və cümlələr nə indi, nə də gələcəkdə Azərbaycan üçün heç bir əhəmiyyət, hüquqi sənəd daşımayacaq.

Ermənistan hökuməti bildirir ki, Qarabağdan köçmüş ermənilərə müvəqqəti müdafiə statusunun verilməsində bir illik müddətlərin seçilməsi statusun müvəqqəti xarakterini saxlayır və həmin ermənilərin Ermənistan vətəndaşlığını qəbul etməsi ilə status bitmiş hesab olunur. Hökumətin layihəsinin əsaslandırılmasında həmin şəxslərin Ermənistan vətəndaşlığı əldə etməsi üçün müraciətlərinin artması xüsusi qeyd olunur. Bu arqumenti bəlkə də qəbul etmək olar. Amma layihədə və digər dövlət sənədlərində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” və “yaşayış yerlərindən zorla məhrum edildiyi” ifadələrinin nə üçün qeyd edildiyinə başqa don geyindirə bilməzlər. Bu ifadələr Azərbaycana qarşı məkrli niyyətlərdən irəli gəlir”.
Geri dön