Ana Sayfa > İdman > Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcəkBu gün, 10:30. Yazar: vasif |
![]() Misli Premyer Liqasında XII turun növbəti görüşləri bu gün keçiriləcək. aia.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. İlk olaraq "Şamaxı" doğma meydanda "Turan Tovuz"la üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Tovuz təmsilçisi 21 xalla üçüncü, ev sahibləri 14 xalla yeddinci pillədə qərarlaşıb. Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Qonaqlar 8 xalla 10-cu sıradadırlar. "Şəfa" isə 5 xalla 11-ci yerdədir. Misli Premyer Liqası II dövrə XII tur 21 noyabr (şənbə) 14:30. "Şamaxı" - "Turan Tovuz" Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov; VAR: Nicat İsmayıllı; AVAR: Gülnurə Əkbərzadə; Hakim-inspektor: Ceyhun Haşımov; AFFA nümayəndəsi: Eldəniz Musayev; Şamaxı şəhər stadionu. 17:00. "Şəfa" - "Qəbələ" Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu; VAR: İnqilab Məmmədov; AVAR: Cəmil Quliyev; Hakim-inspektor: Şahin Cəfərov; AFFA nümayəndəsi: Namiq Əliyev; "SOCAR Polymer Arena". Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" klubu "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq. Geri dön |