Ana Sayfa > Təhsil / Karusel > 8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ


26-04-2017, 16:43. Yazar: admin
8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ


“Bu günə olan məlumata görə, 8 yaşdan yuxarı 37 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib”. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, həmin uşaqların 19-u oğlan, 18-i isə qızdır. Onlardan ən böyüyü 2001- ci il təvəllüdlü, ən kiçiyi isə 2007-ci il təvvəllüdlüdür.

Həmin uşaqların gec yaşda məktəbə getməsi valideyn səhlənkarlığı, validenylərin daim bir yerdə yaşamaması, ailə problemləri və digər səbəblərlə bağlıdır.

Qeyd edək ki, uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2017-cı il tarixinədək davam edəcək.
Geri dön