Ana Sayfa > Ölkə > Oğuzda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Oğuzda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.Bu gün, 18:07. Yazar: azer |
![]() 20 noyabr 2026-cı il tarixində Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, partiya veteranları,YAP fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını salamlayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 34 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan partiya qısa müddət ərzində xalqın böyük inam və etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsindən sonra isə YAP öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq təşkilati və siyasi baxımdan daha da güclənib, cəmiyyətin həyatında mövqeyini möhkəmləndirib. Rayon rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz birliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının siyasi nüfuzunu da daha da artırıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu diqqətə çatdıraraq bildirib ki, partiyanın həyata keçirdiyi məqsədyönlü fəaliyyət Azərbaycan xalqının milli maraqlarının, arzu və istəklərinin reallaşdırılmasına xidmət edir. Qeyd edib ki, ölkəmizdə mövcud olan milli birlik və həmrəylik, dövlətçilik ənənələrinə sədaqət və azərbaycançılıq ideologiyasına bağlılıq bundan sonra da Azərbaycanın inkişafının və qüdrətlənməsinin əsas dayaqlarından olacaqdır. Bu gün Azərbaycanın bütün ərazilərində üçrəngli Dövlət Bayrağımızın qürurla dalğalanması dövlət suverenliyimizin və milli birliyimizin təntənəsidir. Oğuz Rayon İcra Hakimiyyəti başcısının müavini Aliyə Osmanova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi əhəmiyyətindən, keçdiyi 34 illik şərəfli inkişaf yolundan və ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası xalqın tələbi, milli maraqların qorunması və dövlətçiliyin möhkəmləndirilməsi zərurətindən yaranıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiya qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Çıxışda vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini yeni tarixi mərhələnin tələblərinə uyğun davam etdirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi və ölkəmizin bütün sahələrdə qazandığı uğurlar milli birliyin və güclü dövlətçilik siyasətinin nəticəsidir. Çıxış edən partiya veteranı Azad Əliyev, Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Böyük Söyüdlü ərazi partiya təşkilatınin sədri Elçin Babayev, Oğuz rayon Bucaq bələdiyyəsinin sədri Rəftar Əhmədli çıxış edərək Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti dövründə şərəfli və məsuliyyətli inkişaf yolu keçdiyini, öz ideoloji prinsiplərinə və siyasi xəttinə sadiq qalaraq ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıblar. Natiqlər 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş təsis konfransının ölkənin siyasi tarixində mühüm hadisə olduğunu qeyd ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini qeyd ediblər.Çıxışlarda vurğulanıb ki, Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib Geri dön |