Ana Sayfa > Özəl > YAP Gədəbəy rayon təşkilatında tədbir keçirildi.
YAP Gədəbəy rayon təşkilatında tədbir keçirildi.Bu gün, 15:59. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında ƏPT sədrlərinin iştirakı ilə YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “ Dünənin, bu günün və gələcəyin partiyası: Yeni Azərbaycan Partiyası – 34 il” adlı tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Ulu Öndər yolunun alternativi yoxdur. Vurğulayıb ki, Heydər Əliyev dühası ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi mühüm islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qədir Bağırov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin mürəkkəb siyasi və ictimai proseslərdən keçdiyi, dövlətçilik tariximizin çətin sınaqlarla üzləşdiyi bir dövrə təsadüf edirdi. Həmin illərdə Azərbaycanın müstəqilliyinin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas məsələlərdən idi. Belə bir şəraitdə xalqın müxtəlif təbəqələrindən olan ziyalıların, tanınmış ictimai-siyasi xadimlərin və vətəndaşların müraciəti əsasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü həyata keçirildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı partiyanın təşkilati və siyasi tarixində mühüm mərhələ oldu. Həmin konfransda Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı və Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə Azərbaycanın müasir siyasi tarixində yeni təşkilatlanma mərhələsinin başlanğıcı kimi yadda qaldı. Gənc YAP-çı Aidə İsgəndərli müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Çıxış edən YAP üzvü Rüfət İmamquliyev Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək Azərbaycan cəmiyyətinin bütün təbəqələrini özündə birləşdirən ümumxalq partiyasına çevrildiyini deyib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir və Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir. Geri dön |