Ana Sayfa > Cəmiyyət > Yasamal qəbiristanlığında gənc oğlanı bıçaqladılar

Yasamal qəbiristanlığında gənc oğlanı bıçaqladılar


26-04-2017, 15:54. Yazar: admin
Yasamal qəbiristanlığında gənc oğlanı bıçaqladılar



Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Geri dön