Ana Sayfa > Dünya > Bakıdan qayıdan Timati xəstəxanaya yerləşdirildi

Bakıdan qayıdan Timati xəstəxanaya yerləşdirildi


26-04-2017, 15:42. Yazar: admin
Bakıdan qayıdan Timati xəstəxanaya yerləşdirildi



Rusiyanın məşhur rep-ifaçısı Timati adı ilə tanınan Timur Yunusov Moskvada xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə ifaçının PR-meneceri Mariya Kobeleva xəbər verib.

Artistin nümayəndəsi bildirib ki, onun səhhətində kəskin problem yoxdur, sadəcə adi müayinələrdən keçmək üçün xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, bu, ifaçının gərgin iş qarfiki ilə əlaqədardır: "Yaxın günlərdə xəstəxanadan buraxılaraq işinə dönəcək".

Qeyd edək ki, aprelin 24-də Timati Bakıda konsert proqramı ilə çıxış edib.

AİA.az
Geri dön