Ana Sayfa > Özəl > Mossad rəhbərindən ABŞ-a İranla bağlı çağırış – Vaşinqtona gizli məlumatlar aparılıb

Mossad rəhbərindən ABŞ-a İranla bağlı çağırış – Vaşinqtona gizli məlumatlar aparılıb


Bu gün, 21:22. Yazar: vasif
Mossad rəhbərindən ABŞ-a İranla bağlı çağırış – Vaşinqtona gizli məlumatlar aparılıb


İsrailin xarici kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Qofmanın ABŞ-a səfəri zamanı İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasını təklif etdiyi iddia olunur.

“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Qofman Vaşinqtonda keçirdiyi görüşlərdə Tehranla bağlı daha sərt hərbi addımların atılmasının vacibliyini vurğulayıb.

Nəşr bildirir ki, Mossad rəhbəri ötən cümə günü Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifflə görüşüb.

Görüşlər zamanı Amerika tərəfinə İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyatının topladığı məlumatların təqdim edildiyi bildirilir.

Mənbələrin iddiasına əsasən, Qofman İrana qarşı bir neçə gün davam edəcək yeni hava hücumları kampaniyasının həyata keçirilməsini təklif edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın müttəfiqi hesab edilən Qofmanın bu təşəbbüsü ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı müxtəlif variantları nəzərdən keçirdiyi dövrə təsadüf edir.

Hələlik Vaşinqtonun İsrail tərəfinin təklifinə hansı cavabı verdiyi və yeni hərbi əməliyyatlarla bağlı qərar qəbul edib-etmədiyi açıqlanmayıb.

Qeyd edək ki, görüşlərin məzmunu və hərbi əməliyyat təklifi barədə məlumatlar qəzetin anonim mənbələrinin iddialarına əsaslanır.
Geri dön