Ana Sayfa > Özəl > ABŞ-da kibertəhlükəsizlik rəhbəri istefa verdi – Ağ Evdə mühüm dəyişiklik
ABŞ-da kibertəhlükəsizlik rəhbəri istefa verdi – Ağ Evdə mühüm dəyişiklikBu gün, 20:13. Yazar: vasif |
![]() ABŞ-da genişmiqyaslı texniki nasazlıqlar və kibertəhlükəsizlik riskləri ilə bağlı narahatlıqlar fonunda Ağ Evin kibertəhlükəsizlik direktoru Şon Kernkross vəzifəsindən ayrılıb. “Axios” portalının məlumatına görə, Kernkrossun səlahiyyət müddətinin başa çatmasına hələ iki il qalmasına baxmayaraq, o, vaxtından əvvəl istefa vermək qərarına gəlib. Nəşr bildirir ki, bu addım Ağ Evə yeni namizədin Senat tərəfindən təsdiqlənməsi prosesini daha tez həyata keçirmək imkanı yaratmaq məqsədi daşıyır. Məlumata əsasən, Kernkrossun yerinə Kirsten Devis təyin olunub. Prezident administrasiyasının nümayəndəsi onun bu vəzifə üçün lazımi təcrübəyə malik olduğunu və Senat tərəfindən artıq təsdiqləndiyini bildirib. Devis bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqsetin informasiya idarəçiliyi və kibertəhlükəsizlik məsələləri üzrə baş məsləhətçisi kimi fəaliyyət göstərib. Kadr dəyişikliyi ABŞ-ın kritik infrastrukturunda texniki pozuntuların və kiberhücum risklərinin müzakirə olunduğu dövrə təsadüf edir. Ekspertlərin diqqət çəkdiyi əsas məsələlərdən biri də süni intellekt texnologiyalarının sürətli inkişafıdır. Bu texnologiyalar kibermüdafiə imkanlarını genişləndirməklə yanaşı, zərərli fəaliyyətlər üçün də yeni vasitələr yarada bilər. Qeyd edək ki, Kernkrossun istefasının konkret kiberhücumla əlaqəli olduğu barədə təsdiqlənmiş məlumat yoxdur. Geri dön |