Ana Sayfa > Şou-biznes > Azərbaycanda uçan taksilər fəaliyyətə başlayır?

Azərbaycanda uçan taksilər fəaliyyətə başlayır?


26-04-2017, 15:37. Yazar: admin
Azərbaycanda uçan taksilər fəaliyyətə başlayır?



Şəxsi avtomobil sahiblərinin mobil tətbiq vasitəsilə taksi xidməti göstərməsinə imkan yaradan Uber uçan avtomobillərlə xidmət göstərəcək

AİA.Az marja-ya istinadən xəbər verir ki, Uber "Aurora Flight Sciences" adlı şirkəti, "Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" (VTOL) texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib.

Sözügedən texnologiyanın ilk testinin, keçən həftə uğurlu şəkildə həyata keçirildiyi qeyd edilən açıqlamada, Uber-in 2020-ci ildən etibarən 50 ədəd uçan maşını təhvil alacağı bildirilib.

Açıqlamada fikirlərinə yer verilən Uber-in Mühəndislik direktoru Mark Moore, VTOL texnologiyasının dünya üzrə şəhəriçi nəqliyyatı inkişaf etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Uber taksiləri Bakıda da fəaliyyət göstərir.

AİA.az
Geri dön