Ana Sayfa > İdman > 17 yaşlı güləşçilərmiz Gürcüstanda komanda hesabında çempion oldular!

17 yaşlı güləşçilərmiz Gürcüstanda komanda hesabında çempion oldular!


Bu gün, 23:18. Yazar: azer
17 yaşlı güləşçilərmiz Gürcüstanda komanda hesabında çempion oldular!

18–19 noyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Yunan-Roma güləşi üzrə U-17 yaş qrupu arasında ölkələrin komanda yarışı keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası uğurlu çıxışı ilə seçilərək komanda hesabında birinci yerə layiq görülüb.

Azərbaycan millisinin heyətində çıxış edən İsfahan Həsənov da xüsusi nəticə göstərib. O, keçirdiyi hər üç görüşün hamısında qələbə qazanaraq komandasının uğuruna mühüm töhfə verib.

Qeyd edək ki, İsfahan Həsənovun beynəlxalq yarışlarda qazandığı uğurlar bununla məhdudlaşmır. O, daha əvvəl Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazanıb. Dünya çempionatından sonra Estoniyada təşkil olunan beynəlxalq turnirdə də uğurlu çıxış edən güləşçi keçirdiyi səkkiz görüşün hamısında qalib gələrək yarışın çempionu olub.

Batumidəki uğurlu çıxışı İsfahan Həsənovun ardıcıl qələbələrini davam etdirdiyini və beynəlxalq arenada özünü perspektivli güləşçi kimi təsdiqlədiyini bir daha nümayiş etdirir.

Azərbaycan komandasını və İsfahan Həsənovu bu uğurlar münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq!

Arzuman Loğmanoğlu
Geri dön