Ana Sayfa > Özəl > Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib
Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilibBu gün, 23:15. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında partiyanın təsis edilməsinin 34-cü ildönümünə həsr olunan “Qalib Azərbaycanın qüdrətli partiyası” adlı tədbir keçirildi. YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirak etdikləri tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışıb. Z.Güvəndiyev vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib: “Bu hadisənin özü xalqın Ümummilli Lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 34 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib”. Sonra çıxış edən Şəmkir şəhər ərazi partiya təşkilatının sədri Pərviz İbrahimov 34 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib: “Bu məqsədlə 1992-ci ildə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verib. YAP müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanda yaradılıb”. Daha sonra çıxış edən rayon təşkilatının əməkdaşı Şövqi Həsənov, partiya fəallarından Aslanalı Hüseynov, Nəriman Əhmədov və digər fəallar bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixi Azərbaycana misilsiz uğurlar qazandırıb. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyanın ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olduğu qeyd olunub. Sonda Yeni Azərbaycanın Partiyasının himni səsləndirilib. Geri dön |