Ana Sayfa > Dünya > İran əməliyyatının düyməsi an məsələsi - Netanyahudan xəbərdarlıq
İran əməliyyatının düyməsi an məsələsi - Netanyahudan xəbərdarlıqBu gün, 23:18. Yazar: vasif |
![]() İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik müşavirəsində bildirib ki, İrana qarşı hərbi əməliyyat qaçılmazdır. aia.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. 13-cü telekanalın məlumatına görə, İsrail Müdafiə Ordusunun (SAXAL) yüksək rütbəli zabiti İsrail hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə birgə fəaliyyət planlarını razılaşdırdığını təsdiqləyib. "SAXAL və CENTCOM-un ümumi razılaşdırılmış planları var. Məsələ yalnız vaxtla bağlıdır", - deyə zabit bildirib. Onun sözlərinə görə, İsrail və ABŞ bundan sonrakı addımlarla, eləcə də əməliyyatın keçirilməsi üçün münasib məqamla bağlı Prezident Donald Trampın qərarını gözləyir. Bu məlumat CENTCOM rəhbəri admiral Bred Kuperin SAXAL baş qərargah rəisi general-leytenant Eyal Zamir və İsrailin güc strukturlarının digər yüksək vəzifəli nümayəndələri, o cümlədən “Mossad” rəhbəri Roman Qofmanla keçirdiyi görüşdən sonra yayılıb. Görüş ötən gün baş tutub. Bildirilir ki, danışıqlardan sonra Kuper Səudiyyə Ərəbistanına yola düşüb. Orada onun Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşləri planlaşdırılır. Əlavə edək ki, ABŞ lideri D.Tramp da İranı növbəti dəfə təhdid edib. Öz növbəsində İran XİN körfəz ölkələrinə xəbərdarlıq bəyanatı yayıb. Görünən budur ki, İrana qarşı növbəti əməliyyatın düyməsi hər an basıla bilər. Geri dön |