Ana Sayfa > Siyasət > Zəngəzur dəhlizi daha tez açılacaq -
Zəngəzur dəhlizi daha tez açılacaq -Bu gün, 23:00. Yazar: vasif |
![]() Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində qeyd edilən vacib məqamlardan biri də məhz regional nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bağlıdır. Deputat Vüqar Bayramov bunu Musavat.com-açıqlamasında bildirib. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin ASB-nin Dublin sammiti çərçivəsində əldə etdikləri razılaşmalar sırasında TRİPP marşrutu və kommunikasiyaların bərpası istiqamətində də mühüm məsələlər var idi. Milli Məclisin üzvü aedınca vurğulayıb ki, Azərbaycan Qərb və Şərqin maraqlı olduğu Orta Dəhlizin genişləndirilməsinə və eləcə də Rusiyadan da keçən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına təkan verir: “Bu baxımdan Çində bəyan edilən üçtərəfli birgə bəyanatın da əsas xəttlərindən biri regional sülhün dəstəklənməsi və nəqliyyat və logistik imkanların genişləndirilməsidir. Son qlobal və regional dəyişikliklər fonunda Zəngəzur dəhlizi və TRİPP yolunun daha tez istifadəyə veriləcəyi gözlənilir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək”. V.Bayramov Zəngəzur dəhlizinin önəmindən bəhs edərkən bildirib: “Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq”. Yeri gəlmişkən, sualımızı Pekindən cavablandıran V.Bayramov hal-hazırda Çində səfərdədir. Çinin paytaxtı Pekində Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) IV İnkişaf Forumu fəaliyyətə başlayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq nümayəndəsibin iştirak etdiyi, “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusuna həsr olunan foruma qatılıb. V.Bayramov qeyd edib ki, qərargahı Pekində yerləşən APSCO 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş hökumətlərarası, qeyri-kommersiya və müstəqil təşkilatdır. Təşkilat kosmik elm, texnologiyalar və onların tətbiqi sahələrində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edir. Əsas məqsədi regionun kosmik potensialını gücləndirmək, eləcə də dayanıqlı və sosial-iqtisadi inkişafa töhfə verməkdir. Geri dön |