Ana Sayfa > Dünya > Ağ Ev Trampın sammitdə yatması ilə bağlı iddiaları təkzib etdi -
Ağ Ev Trampın sammitdə yatması ilə bağlı iddiaları təkzib etdi -Bu gün, 22:40. Yazar: vasif |
![]() ğ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində yuxuya getməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. “aia.az” xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib. O, “Newsweek” jurnalının Trampın Çin lideri Si Cinpinin qlobal ticarətlə bağlı çıxışı zamanı yuxuya getdiyinə dair iddiasını təkzib edib: “Saxta xəbər! Prezident Tramp çıxış zamanı qarşısındakı sənədlərə baxırdı. Onun gözlərinin sağa-sola hərəkət etdiyini aydın şəkildə görmək mümkündür. İnsanların mediaya bu qədər nifrət etməsinin səbəbi də budur. Onlar daim yalan danışırlar”. Qeyd edək ki, daha əvvəl yayılan videogörüntülərdə Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getdiyi iddia olunmuşdu.
Geri dön |