Ana Sayfa > Karusel / Gündəm > Nərman Qocatürkün məktubu üzə çıxdı
Nərman Qocatürkün məktubu üzə çıxdıBu gün, 17:43. Yazar: azer |
![]() Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) intihar etdiyi bildirilir. aia.az-ın “Bakupost”a istinadən məlumatına görə, Nəriman Süleymanovun ölümündən əvvəl yazdığı iddia edilən müraciət üzə çıxıb. Məlumata əsasən, müraciət ötən gün axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov müraciətində noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı səhifədə ona qarşı böhtan kampaniyası aparıldığını iddia edib. O bildirib ki, barəsində bir qrup qıza qarşı qeyri-etik hərəkətlərə yol verməsi ilə bağlı ittihamlar səsləndirilib. N.Süleymanov bu iddiaları rədd edərək, onları təsdiqləyən heç bir sübutun olmadığını vurğulayıb. N.Qocatürk yazıb ki, yayılan ittihamlar təkcə onun deyil, ailəsinin də nüfuzuna xələl gətirib. Müraciətdə o, yaşadığı vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib və ona qarşı ittihamların yayılmasında məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsini istəyib. Qeyd edək ki, Nəriman Süleymanov ötən gün vəfat edib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi. Cütlüyün iki oğlu var. *** 11:13 Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib. aia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib. 1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır. Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi. Geri dön |