Ana Sayfa > Ölkə > Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaqBu gün, 16:27. Yazar: azer |
![]() Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Geri dön |