Ana Sayfa > Siyasət > Qusarda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub
Qusarda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunubBu gün, 15:19. Yazar: azer |
![]() Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov, rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, partiya veteranları, fəalları ərazi partiya təşkilatlarının sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi və inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov çıxış edərək partiyanın yaranmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən və Yeni Azərbaycan Partiyasının ölkəmizin dövlətçilik tarixindəki mühüm rolundan danışıb. O, partiyanın 34 il ərzində böyük siyasi qüvvəyə çevrildiyini, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi nailiyyətlərə, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına diqqət çəkib. Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov partiyanın milli maraqların müdafiəsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında rolunu qeyd edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev YAP-ın ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyətindən, regionların sosial-iqtisadi inkişafına verdiyi töhfələrdən bəhs edib. Partiya veteranı Telman Kazımov və fəal gənc Fidan Qorxmazova çıxışlarında partiyanın yaranma tarixinin və keçdiyi siyasi yolun əhəmiyyətinə, gənclərin ictimai-siyasi fəallığının, dövlətə və Vətənə bağlılığının vacibliyinə toxunublar. Tədbir çərçivəsində rayonun ictimai və siyasi həyatında fəal iştirak edən 65 yaşı tamam olmuş partiya üzvü Nadirşah Şirinov YAP Qusar rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub, partiyanın sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Geri dön |