Ana Sayfa > Manşet / Siyasət > Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşübBu gün, 13:01. Yazar: azer |
![]() Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Söhbət zamanı tərəflər bundan öncəki görüşlərini xatırlayaraq, bu gün yenidən görüşməkdən məmnunluqlarını ifadə ediblər. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub. Beynəlxalq forumlar və tədbirlər cərçivəsində təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin ortaq din, tarix və mədəniyyət üzərində qurulduğunu, dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, parlamentlər də dövlət başçılarının müəyyən etdiyi siyasi xəttə dəstək verərək əməkdaşlığı davam etdirirlər. Söhbət zamanı parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinin və digər formatlarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib. Görüşdə parlamentlərarası əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Geri dön |