Ana Sayfa > Özəl > Mətbəxdə bu qablardan istifadə edənlərə XƏBƏRDARLIQ – Həkim təhlükələri açıqladı

Mətbəxdə bu qablardan istifadə edənlərə XƏBƏRDARLIQ – Həkim təhlükələri açıqladı


Bu gün, 20:38. Yazar: vasif
Mətbəxdə bu qablardan istifadə edənlərə XƏBƏRDARLIQ – Həkim təhlükələri açıqladı




Gündəlik yemək hazırlayarkən istifadə edilən bəzi mətbəx qabları sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə yüksək temperatur və turş qidalarla təmas zamanı bəzi materiallardan arzuolunmaz maddələrin yeməyə keçməsi mümkündür.

Terapevt və nefroloq Yevgeniya Krujkova mətbəxdə istifadə olunan qabların seçilməsi ilə bağlı vacib tövsiyələr verib.

Həkimin sözlərinə görə, yapışmayan örtüyü zədələnmiş tavaların dəyişdirilməsi məsləhətdir. Belə qabların örtüyü zamanla aşına və qida ilə təmasda ola bilər. Xüsusilə tavaların həddindən artıq qızdırılmasından çəkinmək lazımdır.

Mütəxəssis alüminium qablarda turş tərkibli yeməklərin hazırlanması və saxlanılması zamanı ehtiyatlı olmağı tövsiyə edib. Bu cür qidalar metalın yeməyə keçməsini artıra bilər.

Qoruyucu örtüyü olmayan mis qablar da diqqət tələb edir. Mis turş qidalarla reaksiyaya girə bildiyindən belə qabların düzgün istifadə olunması vacibdir.

Həkim köhnə büllur məmulatlara da diqqət çəkib. Onun sözlərinə görə, bəzi köhnə büllur qabların istehsalında qurğuşun oksidindən istifadə edilib. Buna görə də həmin qablarda, xüsusilə turş içkilərin uzun müddət saxlanılması tövsiyə olunmur.

Bəs hansı qablar daha təhlükəsizdir?

Krujkova gündəlik istifadə üçün paslanmayan polad, qidaya uyğun şüşə və təhlükəsiz örtüklü keramika qabları münasib seçimlər hesab edir.

Taxta və kokos materialından hazırlanan mətbəx ləvazimatlarından da istifadə etmək mümkündür. Lakin bu əşyalar nəmi və qoxuları özünə çəkə bildiyindən təmiz saxlanılmalı, çatladıqda və ya aşındıqda dəyişdirilməlidir.

Mütəxəssis vurğulayıb ki, qabların təhlükəsizliyi təkcə hazırlandığı materialdan deyil, həm də onların keyfiyyətindən, örtüyünün vəziyyətindən və istifadə qaydasından asılıdır.
Geri dön