Ana Sayfa > Manşet / Özəl > Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti vətəndaş qəbulunu keçirib
Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti vətəndaş qəbulunu keçiribBu gün, 12:35. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 2026-cı il 19 noyabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. aia.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib. Millət vəkili həmçinin görüşdə iştirak edən şair-publisist, ədəbi-ictimai xadim, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara hədiyyə təqdim olunub. Sonda Milli Məclisin deputatı Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər. Geri dön |