Ana Sayfa > Özəl > “Uzak Şehir” serialı final edir? – Sinem Ünsalla bağlı iddialara aydınlıq gətirildi
“Uzak Şehir” serialı final edir? – Sinem Ünsalla bağlı iddialara aydınlıq gətirildiBu gün, 18:16. Yazar: vasif |
![]() Türkiyənin məşhur “Uzak Şehir” serialının bu mövsüm ekranlarla vidalaşacağı və baş rol ifaçısı Sinem Ünsalın layihədən ayrılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirilib. Məlumata görə, serialın final edəcəyi və Sinem Ünsalın aktyor heyətindən ayrılacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bildirilib ki, ekran işinin hazırkı mövsümdə başa çatdırılması nəzərdə tutulmur. Əksinə, serialın növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır. Beləliklə, Sinem Ünsalın layihədən ayrılması və “Uzak Şehir”in final etməsi barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Qeyd edək ki, tamaşaçıların maraqla izlədiyi serialın baş rollarını Sinem Ünsal və Ozan Akbaba canlandırırlar. Geri dön |