Ana Sayfa > Ölkə > Nərman Qocatürkün meyiti tapıldı
Nərman Qocatürkün meyiti tapıldıBu gün, 12:13. Yazar: Subhan |
![]() Bakı Dövlət Universitetinin dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanov (Qocatürk) faciəvi şəkildə vəfat edib. aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun meyiti noyabrın 18-i saat 19 radələrində Yasamal rayonunda yaşadığı evdə aşkar edilib. 1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır. Qeyd edək ki, bir müddət əvvəl N.Süleymanov barəsində xoşagəlməz məzmunlu iddialar səsləndirilirdi. aia.az Geri dön |