Ana Sayfa > Manşet / Ölkə > Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin işçiləri şəhid ailəsini ziyarət ediblər
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin işçiləri şəhid ailəsini ziyarət ediblərBu gün, 10:41. Yazar: vasif |
![]() 17 noyabr 2026-cı il tarixində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Xidməti nəzdində fəaliyyət göstərən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin aparat işçiləri şəhid mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailəsini ziyarət ediblər. Ziyarət şəhidin övladı Əhədzadə Uğurun 10 illik yubileyi münasibətilə həyata keçirilib. Görüş çərçivəsində Uğur təbrik edilib, ona yubileyi münasibətilə hədiyyələr təqdim olunub. MNBHİK tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının davamı olaraq ailə ilə səmimi görüş keçirilib. Geri dön |