Ana Sayfa > Siyasət > "ABŞ bizi bu addımı atmağa vadar edir" - General

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General


26-04-2017, 13:55. Yazar: admin
"ABŞ bizi bu addımı atmağa vadar edir" - General


Aprelin 7-də ABŞ-ın Suriya ərazisində yerləşən "Əş-Şəyrat" aerodromuna endirdiyi raket zərbələri Rusiya hərbçilərinin həyatı üçün təhlükə yaradıb. Rusiya Müdafiə Nazirliyi hərbçilərin müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görür.

AİA.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "VI beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransı"nın açılışında bildirib.

"Raket atəşini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiririk. Bundan başqa, rəsmi Vaşinqtonun hərəkətləri Suriyada terrorizmlə mübarizə aparan hərbi qulluqçularımızın həyat üçün təhlükə yaradıb. Belə addımlar bizi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyə vadar edir".

Şoyqu bildirib ki, Rusiya Suriyadakı terrorçularla mübarizədə aviasiyanın tətbiqi təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır. Rusiyalı general həmçinin əlavə edib ki, terrorçular qaçqınların arasında gizlənərək dünyanın müxtəlif ölkələrinə gedir və terror aktı törədir.

AİA.az
Geri dön