Ana Sayfa > Dünya / Manşet > Görüşləri 1 saat çəkdi -
Görüşləri 1 saat çəkdi -Bu gün, 09:25. Yazar: Subhan |
![]() Çinin Şencen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüş başa çatıb. aia.az xarici mətbuata istinadən xəbər verir ki, görüş təxminən bir saat davam edib. 08:53 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. aia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur. Məlumata görə, dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar. aia.az Geri dön |