Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlibBu gün, 21:03. Yazar: azer |
![]() Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib. Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar. Geri dön |