Ana Sayfa > Siyasət / Parlament > Samir Vəliyev NATO PA-nın sessiyasında iştirak edəcək
Samir Vəliyev NATO PA-nın sessiyasında iştirak edəcəkBu gün, 15:19. Yazar: azer |
![]() Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ramid Namazov və heyətin üzvü Samir Vəliyev qurumun 72-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 19-da Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlarımız illik sessiya çərçivəsində NATO PA-nın plenar iclasında və Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclaslarında iştirak edəcəklər. Səfər noyabrın 24-də başa çatacaq. Geri dön |