Ana Sayfa > Özəl > Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Şəmkirdə ağacəkmə aksiyası keçirilib


Bu gün, 13:03. Yazar: azer
Şəmkirdə ağacəkmə aksiyası keçirilib

YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Şəmkir Şəhidlər Xiyabanında keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları iştirak etdilər.

Aksiya çərçivəsində Şəhidlər Xiyabanının ərazisinə 200 ədəd şam ağacları əkilib. Bununla yanaşı, ağacəkmə işlərinin aparıldığı sahələrdə təmizlik və abadlıq işləri görülüb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərildi.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan təşəbbüslərdən biri də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Şəmkirdə keçirilən ağacəkmə aksiyası da bu məqsədlərə töhfə verməklə yanaşı, ictimai həmrəyliyin və sosial məsuliyyətin təşviqinə xidmət edir.
Geri dön