Ana Sayfa > Parlament > Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti

Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti


Bu gün, 11:59. Yazar: Subhan
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti

Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin, vergi ili ərzində Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə mütənasib olan hissəsinin (yuxarı hədd 50% olmaqla) 2027-ci il 1 yanvardan 5 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

aia.az
Geri dön