Ana Sayfa > Parlament > Yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
Yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaqBu gün, 11:58. Yazar: Subhan |
![]() Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur. aia.az əbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur. O cümlədən "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. aia.az Geri dön |