Ana Sayfa > Parlament > Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək


Bu gün, 11:57. Yazar: Subhan
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

aia.az
Geri dön