Ana Sayfa > Manşet / Parlament > Məşhur Məmmədovdan fermerlərlə bağlı qanunvericiliyə irad:

Məşhur Məmmədovdan fermerlərlə bağlı qanunvericiliyə irad:


Bu gün, 11:42. Yazar: Subhan
Məşhur Məmmədovdan fermerlərlə bağlı qanunvericiliyə irad:

Milli Məclisin deputatı Məşhur Məmmədov fermerlərin mühasibat uçotu ilə bağlı əlavə xərclərlə üzləşə biləcəyini və bunun kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərəcəyini bildirib.

aia.az xəbər verir ki, deputat parlamentin iclasında çıxışı zamanı Azərbaycanda 2024-cü ildə 386 minə yaxın fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, torpaq sahiblərinin sayının isə 600 mindən çox olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, mövcud yanaşmaya əsasən, 384 min fermerin hər birindən ildə 40 manat vəsaitin cəlb olunması nəzərdə tutulur. Lakin kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatlarda mühasibat uçotunun aparılması əlavə işçi qüvvəsi və maliyyə vəsaiti tələb edə bilər.

Məşhur Məmmədov bildirib ki, bu halda fermerlər 40 manatlıq ödənişdən dəfələrlə artıq xərc çəkmək məcburiyyətində qala bilərlər. Üstəlik, regionlarda mühasibat uçotu üzrə mütəxəssis tapılması da ciddi problemə çevrilə bilər.

Deputatın fikrincə, qanunvericilikdə hər hansı tələb müəyyənləşdirilərkən onun praktikada tətbiqinin mümkünlüyü və vətəndaşlara yaradacağı maliyyə yükü əvvəlcədən nəzərə alınmalıdır.

O qeyd edib ki, 16 milyon manatlıq büdcə vəsaiti əvəzinə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə vəsait xərcləməsi kənd təsərrüfatı məhsullarının bahalaşmasına, aqrar sahədə çalışan insanların isə əlavə problemlərlə üzləşməsinə gətirib çıxara bilər.

aia.az
Geri dön