Ana Sayfa > Özəl > ABŞ yeni nüvə bombası hazırlamağa hazırlaşır – Milyonlarla dollar ayrılacaq

ABŞ yeni nüvə bombası hazırlamağa hazırlaşır – Milyonlarla dollar ayrılacaq


Bu gün, 19:00. Yazar: vasif
ABŞ yeni nüvə bombası hazırlamağa hazırlaşır – Milyonlarla dollar ayrılacaq



ABŞ daha güclü termonüvə silahının hazırlanmasını nəzərdə tutan yeni layihə üzərində işləməyi planlaşdırır. B94 adlandırılan hava bombasının yaradılması üçün milyonlarla dollar vəsait ayrılması təklif olunur.

Bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsinin dərc etdiyi sənəddə məlumat verildiyi bildirilir.

Məlumata əsasən, yeni nüvə silahı layihəsi ilə bağlı maliyyələşdirmə təklifi 2027-ci maliyyə ili üçün hazırlanıb. Müvafiq sənəd ABŞ Energetika Nazirliyi və bir sıra digər federal qurumların büdcə xərclərini əhatə edən təklifə əlavə edilib.

B94 termonüvə bombasının hazırlanması üçün 77,1 milyon dollardan artıq vəsaitin ayrılması nəzərdə tutulur.

Layihənin texniki xüsusiyyətləri, silahın dəqiq gücü və istehsalına başlanılması üçün mümkün tarix barədə əlavə məlumat verilməyib.

Hazırda sözügedən məbləğin büdcə təklifi çərçivəsində nəzərdə tutulduğu bildirilir. Vəsaitin yekun təsdiqi və layihənin həyata keçirilməsi ilə bağlı qərarlar barədə məlumat açıqlanmayıb.
Geri dön