Ana Sayfa > Özəl > Türkiyədən Suriya ilə bağlı qəti mesaj: Ərazi bütövlüyü bizim üçün prinsipial məsələdir

Türkiyədən Suriya ilə bağlı qəti mesaj: Ərazi bütövlüyü bizim üçün prinsipial məsələdir


Bu gün, 22:00. Yazar: vasif
Türkiyədən Suriya ilə bağlı qəti mesaj: Ərazi bütövlüyü bizim üçün prinsipial məsələdir




Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verir və regionda sabitliyin təmin olunmasını əsas prioritetlərdən biri hesab edir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Fidan Ankaranın Suriyanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

“Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq”, – deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib.

Nazir regional əməkdaşlıq məsələlərinə də toxunaraq Məkkə sazişinə yeni ölkələrin qoşulmasının tərəfdarı olduqlarını qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin bu istiqamətdəki mövqeyinin regionun digər dövlətləri tərəfindən də dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri də Suriyanın şimal-şərqində davam edən inteqrasiya prosesi olub.

Hakan Fidan bildirib ki, region ölkələrinin gündəliyində təhlükəsizlik problemləri əvəzinə sülh, sabitlik və siyasi inkişaf məsələlərinin ön plana çıxması vacibdir.

“Artıq Türkiyədə, Suriyada və İraqda terrorun müzakirə mövzusuna çevrilməsi, hər kəsin sülh və əmin-amanlıq şəraitində siyasi gündəliyinə fokuslanması önəmlidir”, – deyə nazir vurğulayıb.

Türkiyə XİN rəhbərinin açıqlamasından aydın olur ki, Ankara Suriyanın ərazi bütövlüyünün qorunması, təhlükəsizlik məsələlərinin həlli və regional əməkdaşlığın genişləndirilməsini qarşılıqlı əlaqəli istiqamətlər kimi qiymətləndirir.
Geri dön