Ana Sayfa > Özəl > Rusiyada hərbi təyyarə qəzaya uğradı – 17 nəfərin öldüyü bildirilir
Rusiyada hərbi təyyarə qəzaya uğradı – 17 nəfərin öldüyü bildirilirBu gün, 21:00. Yazar: vasif |
![]() Rusiyanın Kemerovo vilayətində “An-12” tipli hərbi təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində təyyarədə olan 17 nəfərin hamısı həyatını itirib. Hadisə Kemerovo vilayətinin Yaqunovo kəndi yaxınlığında baş verib. Bölgənin qubernatoru İlya Seredyuk qəza barədə özünün “Telegram” kanalında məlumat yayıb. “Yaqunovo kəndi ərazisində aviasiya qəzası baş verib. Hadisə yerinə yola düşmüşəm. Hazırda ərazidə operativ xidmətlər fəaliyyət göstərir. Region tərəfindən bütün zəruri köməklik göstərilir. Qəzanın təfərrüatları səlahiyyətli qurumlar tərəfindən araşdırılır”, – deyə qubernator bildirib. Rusiya mediasında yayılan ilkin məlumatlara əsasən, təyyarədə olan 17 nəfərin hamısının həlak olduğu iddia edilir. Lakin ölənlərin sayı barədə rəsmi təsdiq hələ təqdim olunmayıb. Hadisənin başvermə səbəbi məlum deyil. Hazırda aidiyyəti qurumlar qəzanın şəraitini və digər təfərrüatlarını müəyyənləşdirirlər. Geri dön |