Ana Sayfa > Özəl > “Mançester Yunayted”dən 80 milyon avroluq transfer planı – Almaniyalı müdafiəçi hədəfdə
“Mançester Yunayted”dən 80 milyon avroluq transfer planı – Almaniyalı müdafiəçi hədəfdəBu gün, 20:39. Yazar: vasif |
![]() İngiltərənin “Mançester Yunayted” klubu müdafiə xəttini gücləndirmək üçün “Nyukasl”ın və Almaniya millisinin futbolçusu Malik Tiavı transfer etmək istəyir. “Sky Sport Germany” nəşrinin məlumatına görə, Mançester təmsilçisi 25 yaşlı müdafiəçini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin bu transferin reallaşması üçün klubun ciddi maliyyə vəsaiti ayırması tələb oluna bilər. Belə ki, “Nyukasl”ın Malik Tiavı 80 milyon avrodan aşağı məbləğə satmaq niyyətində olmadığı bildirilir. Almaniyalı futbolçunun hazırkı klubu ilə uzunmüddətli müqaviləsinin olması da mümkün danışıqlarda “Nyukasl”ın mövqeyini gücləndirən amillərdən biridir. Məlumata əsasən, Malik Tiav cari mövsüm bütün turnirlərdə 10 qarşılaşmada iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin “Nyukasl”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Hələlik “Mançester Yunayted”in futbolçu üçün rəsmi təklif göndərdiyinə dair məlumat yoxdur. Transferin baş tutub-tutmayacağı klublar arasında mümkün danışıqların nəticəsindən asılı olacaq. Geri dön |