Ana Sayfa > Ölkə > Bu ilin yanvar-oktyabr ayları ərzində 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Bu ilin yanvar-oktyabr ayları ərzində 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıbBu gün, 17:26. Yazar: azer |
![]() 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir. Qeydiyyata alınan mülkiyyət hüququnun 58 mindən çoxu (18,7%) ilkin, 252 mindən çoxu (81,3%) isə təkrar qeydiyyatın payına düşür. Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 0,7%, alqı-satqı üzrə 10,1%, vərəsəlik üzrə 4,3%, bağışlama üzrə 15%, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 16,7% artım müşahidə olunub. (cədvəl 1) Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır. Geri dön |