Ana Sayfa > Parlament > "Pensiyaların artımında real yaşayış xərcləri nəzərə alınsın"

"Pensiyaların artımında real yaşayış xərcləri nəzərə alınsın"


Bu gün, 15:42. Yazar: Subhan
"Pensiyaların artımında real yaşayış xərcləri nəzərə alınsın"


"Pensiyaların indeksləşdirilməsi mexanizmi real yaşayış xərclərinə daha həssas olmalıdır".

aia.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, pensiyaların nominal məbləğinin artırılması özlüyündə pensiyaçıların həyat şəraitinin yaxşılaşması demək deyil.

Onun sözlərinə görə, ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərin artması pensiyaçıların real alıcılıq qabiliyyətinə təsir göstərir.

Razi Nurullayev bu amillərin nəzərə alınmasını və pensiyaların indeksləşdirilməsi mexanizminin real yaşayış xərclərinə daha həssas olmasını vacib hesab etdiyini bildirib.

aia.az
Geri dön