Ana Sayfa > Parlament > Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur


Bu gün, 12:45. Yazar: Subhan
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur

"Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi üçün mexanizm hazırlansın".

aia.az xəbər verir ki, bunu deputat Günay Ağamalı Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır.

Onun sözlərinə görə, güzəştlərin tətbiqi tələbələrin sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərə bilər.

G.Ağamalı aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanlarının və tətbiq mexanizmlərinin araşdırılaraq müvafiq təkliflərin hazırlanmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

aia.az
Geri dön