Ana Sayfa > Parlament > Azərbaycanın müdafiə potensialı iqtisadi gücü ilə möhkəmlənib -

Azərbaycanın müdafiə potensialı iqtisadi gücü ilə möhkəmlənib -


Bu gün, 11:35. Yazar: Subhan
Azərbaycanın müdafiə potensialı iqtisadi gücü ilə möhkəmlənib -

Azərbaycanın müdafiə və təhlükəsizliyi ilə bağlı çağırışlar bu sahəyə ayrılan büdcə vəsaitlərinin davamlı artırılmasını zəruri edir.

aia.az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə layihələrinin müzakirəsi zamanı deyib.

Deputat Azərbaycanın iqtisadi və hərbi potensialının son onilliklərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, 1990-cı ildə Azərbaycanın ümumi daxili məhsulu 1,2 milyard dollardan az, hərbi xərcləri isə cəmi 42 milyon avro olub.

R.Nəbiyev qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi başlayarkən Azərbaycanın ÜDM-i 42 milyard dollara, hərbi xərcləri isə 2,2 milyard avrodan çox göstəriciyə çatmışdı.

"Bu göstərici qarşı tərəfin hərbi xərclərini üç dəfədən artıq üstələyirdi".

Deputatın fikrincə, ölkənin iqtisadi və hərbi potensialının güclənməsi ərazi bütövlüyümüzün bərpasında mühüm rol oynayıb.

O bildirib ki, 2027-ci ildə Azərbaycanın ÜDM-nin 141 milyard manat olacağı proqnozlaşdırılır. Gələn il müdafiə və təhlükəsizlik sahəsinə 8,8 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2021-ci illə müqayisədə 3 milyard manatdan çox artım deməkdir.

Deputat Azərbaycanın xarici siyasətinin də aktiv və çoxşaxəli xarakter daşıyacağını vurğulayıb. O, qarşıdakı illərdə ölkəmizin bir sıra beynəlxalq təşkilatlarda sədrliyini və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bildirib ki, 2028-ci ildə MDB-nin zirvə görüşü Azərbaycanda keçiriləcək, Avropa Siyasi Birliyinin 47 üzv dövləti isə ölkəmizdə bir araya gələcək.

aia.az
Geri dön