Ana Sayfa > Gündəm > Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaqBu gün, 15:26. Yazar: azer |
![]() Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirakı, Avropa liderlərinin Azərbaycanla əməkdaşlığa, xüsusilə də yaşıl enerji sahəsində münasibətlərə verdikləri önəm bir daha göstərir ki, ölkəmizlə Avropa arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Uzun illər Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Bu gün isə ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də Avropanın etibarlı tərəfdaşına çevrilmək üçün real imkanlarımız mövcuddur. Azərbaycanın bu istiqamətdə üstünlükləri kifayət qədər böyükdür: Birincisi, təbii potensialımız. Xəzər dənizinin külək enerjisi imkanları, ölkəmizin günəş enerjisi ehtiyatları, eləcə də işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialı Azərbaycanın bərpaolunan enerji istehsalçısı kimi mövqeyini gücləndirir. İkincisi, əlverişli coğrafi mövqeyimiz. Azərbaycan Şərqlə Qərb arasında enerji körpüsü olmaqla yanaşı, Mərkəzi Asiya və Xəzər hövzəsində istehsal ediləcək yaşıl enerjinin Avropa bazarlarına çatdırılması üçün mühüm tranzit və logistika imkanlarına malikdir. Üçüncüsü, mövcud enerji infrastrukturu və beynəlxalq tərəfdaşlıq. Cənub Qaz Dəhlizi ilə formalaşmış etibarlı enerji əməkdaşlığı, eləcə də Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi və Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan yaşıl enerji dəhlizi layihələri yeni əməkdaşlıq imkanları yaradır. Dördüncüsü, investisiya potensialı. Beynəlxalq enerji şirkətlərinin Azərbaycana artan marağı, külək və günəş elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların tətbiqi ölkəmizin bu sahədə rəqabət qabiliyyətini daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycanın qarşısında yalnız enerji resurslarını ixrac etmək deyil, həm də regionun və Avropanın yaşıl enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı iştirakçılardan birinə çevrilmək kimi mühüm strateji hədəf dayanır. Əlbəttə, bu potensialın reallaşdırılması üçün yeni ötürücü xətlər, enerji saxlama sistemləri, beynəlxalq bağlantılar və böyük həcmli investisiyalar tələb olunur. Lakin ölkəmizin siyasi iradəsi, iqtisadi imkanları və beynəlxalq tərəfdaşlıq təcrübəsi bu hədəfə çatmaq üçün ciddi zəmin yaradır. Mən hesab edirəm ki, yaxın illərdə Azərbaycan Avropaya yalnız neft və təbii qaz ixrac edən Bu, sadəcə yeni iqtisadi imkan deyil, Azərbaycanın beynəlxalq mövqeyini, enerji diplomatiyasını və strateji əhəmiyyətini daha da gücləndirəcək tarixi perspektivdir. Yaşıl enerji gələcəyində Azərbaycanın özünəməxsus və mühüm yeri olacaq! Məşhur Məmmədov, Milli Məclisin deputatı Geri dön |