Ana Sayfa > Parlament > Milli Məclisin deputatı Vüqar Bayramov beynəlxalq forumda iştirak edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov beynəlxalq forumda iştirak edəcək


Bu gün, 14:36. Yazar: azer
Milli Məclisin deputatı Vüqar Bayramov beynəlxalq forumda iştirak edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının Forumunda iştirak etmək üçün noyabrın 17-də Çin Xalq Respublikasının Pekin şəhərinə səfər edəcək.

Forum çərçivəsində millət vəkili “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək. Deputatımızın “Azərbaycanda kosmik sənayenin inkişafı: Regional əməkdaşlıq təşəbbüslərinə töhfə” mövzusunda çıxışı da nəzərdə tutulub.
Səfər noyabrın 23-də başa çatacaq.
Geri dön