Ana Sayfa > Manşet / Gündəm > Nəsimi Musayevdən xəbər var
Nəsimi Musayevdən xəbər varBu gün, 13:59. Yazar: Subhan |
![]() Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib. aia.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, işə Sünik məhkəməsində baxılacaq. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib. aia.az Geri dön |